"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sadiq Xəlilov: “şəffaflıq olan yerdə vətəndaş məmnunluğu da olacaqdır”

--2017-06-08 / 20:25

 Belediyye.infonun bu dəfəki qonağı Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilovdur.

Gənc və bacarıqlı bələdiyyə sədriylə bu görüşümüzdə əsasən Bərdə bələdiyyələrinin fəaliyyəti barəsində söhbət etdik.

ilk sualımız isə  Bərdə bələdiyyələrinin əlaqələndirmə şurasının sədri olaraq  rayonda formalaşan bələdiyyələrin fəaliyyəti barəsində oldu.

Sadiq Xəlilovun cavabı qısa və konkret oldu.

- Qismən qənaətbəxş hesab etmək olar.

Bundan sonra davam edən sual yağışına isə Sadiq Xəlilov özünəməxsus şəkildə təmkinini pozmadan  və məntiqə söykənməklə cavablandırdı.

 Bu gün ilk olaraq Bərdə bələdiyyələrinin hansı uğurundan danışmaq yerinə düşərdi?

- Bərdə bələdiyyələrinin əlaqələndirmə şurasının sədri kimi bildirirəm ki, 27 yanvar 2015-ci il tarixdən Bərdə bələdiyyələri gördükləri işlər hesabına vergi yığımını 3 dəfə artırmış, bütün bələdiyyələr kompyuterlə təchiz olunmuş, vergi ödəyiciləri ilə maarifləndirmə işlərinin aparılmasında mühüm addımlar atmışlar.

Sadaladığım məqamlar məhz Bərdə bələdiyyəsinin uğuru kimi hesab etmək olar. əgər bu gün ən ucqar kəndimizdə belə internet şəbəkəsi qurulubsa bu artıq regionda davam edən irəliləyişdən xəbər verir. Məhz bu addımın hesabına Bərdə bələdiyyələri sosial şəbəkələrdə də aktiv olmağa başlayıblar.

Sadiq müəllim, bu arada maraqlı bir məqama da toxunmaq istərdim. Bərdə rayonunda bələdiyyə-seçici münasibətləri hansı müstəvidə qurulub? Ötən illərlə müqayisədə bu münasibətlərdə irəliləyişlər hiss olunurmu?

- əlbəttə, hər bir bələdiyyə onun seçicilər tərəfindən seçildiyini və bu etimadı doğrultmaq üçün şəffaflığı təmin etməklə gördüyü işlər barədə onlar qarşısında hər an hesabat verməyi özünə borc bilməlidir və bilirlərdə. Seçicilərlə mütəmadi olaraq görüşlərin təşkili, onların problemlərinin dinlənilməsi və həlli istiqamətində addımların atılması bələdiyyə sədrlərinin qarşısında dayanan əsas vəzifələrdir.

-  Bu müstəvidə məhz səmimi münasibətlərin qurulması ötən illərlə müqayisədə rayon bələdiyyələrində vergi yığımının xeyli artmasına və ən əsası sakinlərin şikayətlərinin azalmasına səbəb olub. Bərdə bələdiyyəsinin inzibati binasında keçirilən  görüşlərdə daim bu münasibətlərə toxunulur.

-  Fikrinizcə, Bərdə  bələdiyyələri  fəaliyyətlərinin təbliğinı hansı şəkildə icra etməlidirlər? Bu istiqamətdə hansı təklif və tövsiyə verərdiniz?

- şəhər Bələdiyyələri Milli Assosasiyasının hesabat yığıncağında Prezident Adminstrasiyasının Reqional idarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş sektorunun müdiri Emin Eyvazov bu barədə bələdiyyələrə özünün haqlı iradını bildirdi və tövsiyyələrini verdi.

Doğrudan da, iKT sisteminin inkişaf etdiyi bir dövrdə yaşadığımızı nəzərə alsaq, deyə bilərəm ki, hər bir bələdiyyə fəaliyyətinin təbliği üçün imkanı daxilində özünün saytını və yaxud facebook səhifəsini açıb orada gördüyü işlər barədə məlumat yaymalıdır. Bu istiqamətdə artıq sistemli şəkildə işlərin həyata keçirilməsinə başlanılıb. Həm sosail şəbəklərdə, həmdə yerli qəzetlərdə  bu təbliğata start verilib. Bərdə bələdiyyəsi  olaraq hər görüşdə bu barədə kənd bələdiyylərinə öz təcrübəsini paylaşırıq.

- Bərdədə formalaşan hansı kənd bələdiyyəsinin təcrübəsi yayıla bilər? Təcrübəsi yayıla bilən bələdiyylər bu irəliləyişə hansı istiqamətdə nail olublar? 

-Bərdə rayonunda 65 kənd bələdiyyəsi vardır. Bunlardan, vergi yığımında artıma, sakinlər arasında maarifləndirmə işlərinin aparılma bacarığına, ictimai işlərdə göstərdiyi aktivliyə görə fərqlənən Mirzəcəfərli, Xanərəb, Lənbəran, Qaratəpə, şirvanlı, Kətəlparaq, Samux bələdiyyələrini misal gətirmək olar.

Xüsusən qeyd etmək istərdim ki, bildiyiniz kimi Bərdə rayonu hələ keçmiş SSRi vaxtında Ulu Öndərimiz Heydər əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə həmişə pambıqçılığın və baramaçılığın inkişafında birincilər sırasında olub. Bu gün  cənab Prezident ilham əliyevin diqqət və qayğısı ilə  ölkəmizdə kənd təsərrüfatının, xüsusilə də pambıqçılığın, çuğundur və baramaçılığın inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqlar Bərdə rayonunda yerinə yetirilməkdədir. Bu istiqamətdə rayon rəhbərinin biz bələdiyyələrə  verdiyi tövsiyələrdə hər bir bələdiyyə tərəfindən  həvəslə yerinə yetirilir.

-Sizin fikrinizcə, vətəndaş məmnunluğunun təmini üçün bundan sonra  bələdiyyələr hansı addımlar atmalıdır?

-Fikrimcə, bələdiyyələr BAMS proqramının tətbiqində və bu proqramdan fəal istifadə edərək məlumatların vaxtında və düzgün daxil edilməsində aktiv olmalıdırlar. BAMS proqramının tətbiqi şəffaflığın artırılmasında böyük rolu vardır. şəffaflıq olan yerdə hesab edirəm ki, vətəndaş məmnunluğu da olacaqdır.

 Belediyye.info

ŞƏRHLƏR